GLORİYA GL-26 (180x120 sm) – "İdeal Proporsiya"
Standartdan geniş en və erqonomika. 180 sm uzunluq və 120 sm eni ilə GL-26 modeli həm kompakt, həm də genişlik axtaranların seçimidir. Standart vannalardan fərqli olaraq daha enli quruluşa malikdir, bu da çimmə zamanı hərəkət azadlığı təmin edir. GLORİYA-nın bu modeli həm müasir, həm də klassik dizaynlı hamam otaqlarına mükəmməl uyğunlaşır.
Kuryerlə
Çatdırılma qiyməti Bakı şəhəri üçün göstərilib.
Əgər kənar əraziyə və ya rayonlara çatdırma lazımdırsa, lütfən, (055) 263 69 00 nömrəsi ilə əlaqə saxlayın. Sifarişin həcminə görə, pulsuz çatdırma xidmətimizdən yararlana bilərsiniz.
GÜVƏN: Bizim mağazadan birbaşa və ya online aldığınız santexnika mallarını 14 gün ərzində dəyişdirə, və ya qaytara bilərsiniz;
ÖDƏNİŞ: Aldığınız məhsullar Sizə çatdırıldıqdan və Siz sifariş etdiyiniz santexnika mallarının tam məlumatlara uyğun olduğunu yoxladıqdan sonra ödəniş edirsiniz;
ZƏMANƏT: Azərbaycana gətirdiyimiz və distribütoru olduğumuz GİCORA, UZAY, DuraBagno, TESKA, DURA, FRAP, FRUD, GAPPO, DUXXA, FERRO brendlərinin santexnika mallarını Bakıda hansı mağazadan almağınızdan asılı olmayaraq, zavod səhvi ucbatından nasazlıq baş verərsə, biz onu zavodun təyin etdiyi zəmanət müddətində dəyişirik.


