Su bakının yerləşdirilməsi variantları

Su bakının yerləşdirilməsi variantları

Su bakının yerləşdirilməsinin müxtəlif variantlar var, amma unitazla birləşdirilməsi cəhətdən ayrı və birləşməli qurğular olur.

Ayrı unitaz və baçok

Su baçoku tavanın altında quraşdırılaraq, unitaza metal və ya plastik boru vasitəsi ilə birləşdirilir. Su buraxma sistemi, suyu buraxan qola bərkidilmiş zəncir, kəndir və ya buna bənzər materialla olur. Bu cür qurğu yüz illər bundan qabaq icad edilib və nisbətən yüksək təzyiq ilə suyu ötürmə səbəbindən, daha təmiz yumanı təmin etmək kimi üstünlüyü vardır

Раздельный бачок и унитаз
 

Kompakt (Unitaz və baçok birlikdə)

Kompakt unitaz və baçok, baçokun boltlarla və ya istehsal zamanı tökmə üsulu ilə bir-birinə birləşdirilməsi anlamındadır. Bu sistem, əlavə qurğu işləri və əlavə materiallar tələb etmədiyi üçün, daha geniş yayılmışdır. Bundan əlavə, belə modellər divardan aralı və ya daşıyıcı əsas kimi götürülən istənilən şaquli səthə birləşdirilə bilər.

Унитаз совмещенный с бачком
Unitaz quraşdırılmasının ən geniş yayılmış variantı.

Monoblok unitazlar

Bu unitazlar bolt və ya rezin möhkəmləndiricilərlə deyil, birbaşa tökmə vasitəsi ilə baçokun unitaza birləşdirilmiş formasıdır.

Унитаз моноблок
Monoblok unitazlar daha etibarlı və gigiyenik olmaqla yanaşı, çox həcmli olurlar.

Gizli baçok

Hamam-tualet dizaynı zamanı tualet ovə hamam otaqlarında sahənin genişləndirilməsi üçün “yalançı” divarların içində quraşdırılan gizli baçoklardan istifadə edirlər. Baçok plastik materialdan hazırlanır, quraşdırma isə çərçivə metodu ilə aparılır. Su basma düymələri, baçok qurğusunun özündə nəzərdə tutulmuş xüsusi mexaniki uzatmalar vasitəsi ilə, divarın üz səthində yerləşdirilir.

Скрытый бочек
Gizli baçoklar, əsas etibarı ilə “divara sıfır” unitazların quraşdırılmasında istifadə olunur.

Baçoksuz unitazlar

Müasir sanitar qovşağı qurğularında, ələxsus da ictimai tualetlərdə birbaşa su borusundan gələn su ilə yuyulma sistemli unitazlardan istifadə olunur. Bu qovşaqlarda su birbaşa borudan ötürülməsi mexaniki və ya elektron klapanlar vasitəsi ilə idarə olunur.

08.12.2020
Digər məqalələrə