Unitazın növləri və klassifikasiyası
İlk dəfə mexaniki su baçoklu unitaz 1596-cı ildə İngiltərə şahzadəsi üçün hazırlanmışdı. Amma su və kanalizasiya sisteminin olmaması səbəbindən, bu qurğu geniş yayılmadı. İxtiraçılar bu sanitar qurğunun tərtibinə təxminən iki əsrdən sonra döndülər, və ingilis ixtiraçısı T. Tvayford özünün müasir kompaktları xatırladan modellərindən birini "UNİTAS" adlandırdı ki, bu da birlik mənasını verirdi. Müasir unitazlar əsas çaşkanın formasına, quraşdırma metoduna (yerdən və ya asma), yuma sisteminin konstruksiyasına və kanalizasiya ilə birləşmə növlərinə görə fərqlənirlər. Bundan əlavə, unitazlar müxtəlif materiallardan hazırlana bilər.
Odur ki, unitaz seçərkən, müəyyən bilgilərin olması lazımdır.
Unitzlara aşağıda qeyd olunan dövlət standartları tətbiq olunur:
- qurğunun hündürlüyü – 400 мм;
- statik yüklənmə – 200 кg;
- yuyulma üçün su həcmi – 6 l-dən az olmamalı;
- kağızların və ishalın yuyulub aparılmasının effektivliyini, əsas çaşkanın içəridən yaxalanma dərəcəsini əks etdirən parametrlər.
Bu parametrlər bütün istehsalçılar üçün məcburidir. Unitaz seçimi çaşkanın formasından, rahatlğından, materialdan, konstruksiyadan və istismar şərtlərindən asılıdır.