Unitazlar hansı materialdan hazırlanır
Öz müasirlərinin rəğbətini qazanmış və 1884-cü ildə London sərgisində qızıl medal qazanmış ilk unitaz saxsıdan hazırlanmış və taxta oturacaq quraşdırılmışdı. O zamandan bəri bu santexnika avadanlğının hazırlanmasında istifadə olunan materiallarının çeşidi kifayət qədər artmışdır.
Saxsı
Saxsı unitazlar nisbətən kiçik sərtliyə malikdirlər və məsamələrin çoxluğu təmizlənməni çətinləşdirir. Hal-hazırda unitazların hazırlanmasında bu materialdan demək olar ki, istifadə olunmur. Belə ki, bu unitazlar materialın kövrəkliyi səbəbindən qırılmağa və çatlamaya məruz qalırlar.
Çini
Çini unitazlar saxsıdan olanlarla müqayisədə uzunömürlü və rahat təmizlənən olurlar. Bu da onun nəinki evlərdə, hətta ictimai obyektlərdə də istifadəsini mümkün edir. Çini unitazların yeganə, amma kifayət qədər önəmli olan çatışmazlığı - qiymət bahalığıdır ki, buna da səbəb istehsalat xərclərinin çoxluğudur.
Xərclərin azaldılması üçün, keramikadan hazırlanan unitazlar daha geniş yayılmışdır. Keramika Çini materialdan səthindəki məsamələrin azlığı, ağır çəki və az sıxlığı ilə fərqlənir.
Polad və Çuğun
Metal santexnikalar (qizildan başqa) klassik növlərə aid edilir və ictimai tualetlərdə quraşdrılır. Bu qəbildən olan avadanlıqlar həm möhkəm olur, həm də rahat təmizlənir. Amma qiyməti daha baha olur. Daha az populyar olanı - çuğun unitazlardır. Səbəb isə çox ağır olması və emal örtüyünün mexaniki təsirlərə davam gətirə bilməməsidir.
Şəkildə paslanmayan poladdan hazırlanmış unitaz verilmişdir.
Şüşə, daş
Şüşədən, süni və ya təbii daşdan hazrlanmış unitazlar "modern" kateqoriyasına aid edilir. Bu santexnika malları yüksək qiymət və zövqlü görünüşləri ilə fərqlənirlər. Şüşə və təbii daşdan olan unitazların davamlılığının az olduğu üçün, onları əsasən, görüntü baxımından heç də seçilməyən süni şüşə və daşlarla əvəz edirlər.
Plastik
Müasir texnologiyalar gücləndirilmiş plastikdən unitazlar hazırlamağa imkan verir. Bu unitazlar yüksək davamllığa sahib olur, xidmət olunması sadədir, strukturunda demək olar ki, gözlüklər yoxdur və bu da yüksək gigiyenik göstəricidir. Mənfi cəhətlərinə, fiziki təsirdən və yüksək temperaturdan deformasiyaya uğramasını aid etmək olar.