Hansı unitaz yaxşıdır? Keramika, fayans, yoxsa çini (farfor)? | SANTEXNİKA SHOP

Adətən, santexnika mallarını seçərkən, unitazın və ya əlüzyuyan çanağın hansı materialdan olmasına o qədər də önəm vermirik. Amma lazımdır... Sadəcə, qiymətlə maraqlanırıq və hər hansı unitazın, eyni görünüşlü digər unitaza nisbətən niyə belə fərqli qiymətlə satıldığını brend, firma və reklam anlayışıarına bağlayırıq. İndi baxaq görək bu materialların fərqi nədədir: Fayans da, çini (farfor) da keramikadır. Bunlar keramikanın iki müxtəlif növləridir. Satıcı Sizə deyərsə "bunun materialı 100% keramikadır", dəqiqləşdirin: fayans, yoxsa çinidir. İndi fayans və çini ( farfor ) materiallarının fərqi ilə tanış olaq. Keramika - gilin müxtəlif mineral və qeyri-üzvü birləşmələrlə bişirilməsindəm əmələ gələn materialdır. O, bişirilmə üsullarından asılı olaraq, bir neçə növə ayrılır ki, bunlardan da daha məhşur olanı çini və fayansdır. Yəni, keramika - ümumi anlayışdır. Çini - gilin çox yüksək hərarətlə ikiqat yandırılmasından əmələ gələn nazik keramikadır və nəinki su üçün, hətta qaz üçün tam keçilməzdir. Nazik təbəqəli çini, işığı asanlıqla keçirir. Əlbəttə, bunu santexnika mallarını seçərkən müşahidə etmək mümkün deyil. Amma çini materialın digər özəllikləri də var: - Çini material şüşə kimi sərt olur və sındırarkən, sınan səthin qar qədər ağ olduğunu görərsiniz; - taxta çubuqla çini materiala vurduqda aydın, yüksək tonlu səs çıxarır; - çini material illərlə görkəmini, rəngini dəyişmir və yüksək sıxlığa malik olması səbəbindən, çatlamır. Fayans - çiniyə (farfora) daha ucuz olan alternativdir ki, eyni tərkibdə, amma daha çox gilin aşağı temperaturlarda bişirilməsi ilə alınır. Bu səbəbdən də, sıxlıq və möhkəmlik daha aşağı olur. Sıxlığın aşağı olması isə su keçməsinə davamiyyəti azaldır ki, bu da zaman keçdikcə, fayansdan olan santexnika mallarının üzərində çatların yaranmasına səbəb olur. Taxta çubuqla fayansa vurduqda kar, boğuq səs çıxarır.
Adətən, santexnika mallarını seçərkən, unitazın və ya əlüzyuyan çanağın hansı materialdan olmasına o qədər də önəm vermirik. Amma lazımdır...
06.10.2022
Digər məqalələrə